Tramp: "Məni mümkün qədər çox qondarma cinayətdə ittiham etmək tapşırılıb"

DÜNYA
20:59 / 03.08.2023
706

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, hazırkı dövlət başçısı Co Bayden ölkənin baş prokuroru Merrik Qarlanda onu “təsəvvür edə biləcəyiniz qədər cinayətdə” ittiham etməyi tapşırıb. 

HİT.az xəbər verir ki, Ağ Evin keçmiş rəhbəri bu barədə özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, o, müdafiəyə çoxlu vaxt və pul xərcləməyə məcburdur: “Demokratlar mənə qarşı yarışda iştirak etmək istəmirlər, əks halda onlar ədalətin bu misli görünməmiş şəkildə əzilməsinə yol verməzdilər".

Avqustun 3-də Tramp 2021-ci ilin yanvarında Kapitoliyə hücumla bağlı ona qarşı 4 yeni ittiham üzrə Vaşinqtonda məhkəmə qarşısına çıxmalıdır.

2023-cü ilin yayında Tramp 2021-ci ilin yanvarında Kapitoliyə hücum cəhdi və keçmiş ABŞ prezidentinin Mar-a-Laqodakı malikanəsində məxfi sənədlərin qanunsuz saxlanması ilə bağlı eyni anda bir neçə cinayət işi üzrə ittiham olunub. Siyasətçinin özü bütün hallarda təqsirli olduğunu inkar edir, ona qarşı aparılan araşdırmaları varisi Co Bayden administrasiyası tərəfindən siyasi təqib adlandırır. 

Samir

 

0