"ABŞ-ın Yunanıstandakı hərbi mövcudluğunun genişləndirilməsi dövlət üçün risklər yaradır".
HİT.az xəbər verir ki, bunu Yunanıstanın müxalif Kommunist Partiyası bildirib.
Kommunist Partiyası əmindir ki, ölkə adalarında yeni Amerika bazalarının peyda olması onun xalqına qarşı yönəlib: “ABŞ Konqresinin müdafiə büdcəsi layihəsinə düzəlişi, digər məsələlərlə yanaşı, Yunan adalarında yeni hərbi bazaların yaradılması və ABŞ-ın Yunanıstandakı hərbi mövcudluğunun genişləndirilməsi məsələsini gündəmə gətirir. Bu həm yunan xalqına, həm də regionun digər sakinlərinə qarşı, eləcə də ölkəmizin suveren hüquqlarına qarşı yönəldilmiş ağlasığmaz hərəkətdir".
Kommunist Partiyası əlavə edib ki, hakimiyyət ABŞ-la hərbi bazalarla bağlı gizli dialoq aparır və artıq dövlətin adalarını “NATO ərazisi” adlandırır. Vurğulanır ki, xalq bu vəziyyətə narahatlıqla baxmalıdır: “Təhlükəli Amerika-Yunanıstan razılaşmalarının ləğvi, ölkədəki xarici hərbi bazaların bağlanması, Yunanıstanın imperialist ittifaqlardan və onların cinayətkar planlarından çıxarılması üçün mübarizəni gücləndirmək lazımdır”.
Samir