Borrell G20 ölkələrini Rusiyaya təzyiq göstərməyə çağırdı

19:33 / 03.08.2023
634

Avropa diplomatiyasının rəhbəri Cozep Borrell G20 ölkələrini Rusiyaya təzyiq göstərməyə çağırıb ki, Moskva taxıl müqaviləsinin icrasına qayıtsın. 

HİT.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

“Rusiyanı danışıqlara qayıtmağa, həmçinin Ukraynanın kənd təsərrüfatı infrastrukturuna zərbələr endirməkdən çəkinməyə çağırmaq üçün sizdən dəstəyinizi xahiş etmək istərdim”, deyə Borrel bildirib.

Daha əvvəl Borrell bildirib ki, Aİ BMT və Türkiyənin taxıl sazişinin yenidən başlaması üçün səylərini dəstəkləməyə davam edəcək. Diplomat ittifaqın tərəfdaşlarından Rusiyanı bu təşəbbüslə danışıqlar masasına qayıtmağa çağırmağı xahiş edib. O, həmçinin əmin olduğunu bildirib ki, Aİ Moskvanın sazişi bərpa etməsinə nail ola biləcək.

Samir

 

 

0