Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Qrup sədri Özgür Özəl növbəti dəfə diqqətləri üzərinə çəkib.
HİT.az xəbər verir ki, siyasətçi "Halk TV"-də qonaq olarkən partiyasındakı "dəyişim" gündəmindən danışıb.
O, CHP lideri olmaq üçün "yaşıl işıq" yandırıb. Belə ki, canlı yayımda Özgür Özələ "CHP sədrliyinə namizəd olacaqsınızmı?" sualı ünvanlanıb. O isə "Məsuliyyəti üzərimə götürməkdən qaçmaram" cavabını verib:
"Bu vəzifəni xəyal edən minlərlə insan ola bilər. Mən də onlardan biri ola bilərəm. Məsuliyyəti üzərimə götürməyə və fədakarlıq etməyə hazıram. Mən partiyamın bir daha seçkilərdə məğlub olmaması üçün üzərimə düşəni edərəm. Bunun üçün CHP sədri olmaq lazımdırsa, olaram. Həmçinin, heç bir vəzifədə olmamağım lazımdırsa, heç bir vəzifədə olmaram".
Pərviz