Tramp Ali Məhkəmədən prosesə müdaxilə etməyi tələb etdi

DÜNYA
22:42 / 04.08.2023
669

Milyarder və ABŞ-ın 45-ci prezidenti Donald Tramp bildirib ki, ölkənin Ali Məhkəməsi ona qarşı bir neçə işin açılması ilə bağlı vəziyyətə baxmalıdır, çünki bu, prezident seçkilərinə müdaxilədir. 

Hit.az xəbər verir ki, o, bu barədə özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

Trampın fikrincə, onun “ölkədə çoxsaylı məhkəmələrdə radikal solçularla mübarizəyə” sərf etməli olacağı resurslar siyasi reklamlara və seçkiqabağı mitinqlərə gedə bilər.

O, bütün sorğularda lider olduğunu və ABŞ prezidenti Co Baydeni qabaqladığını, lakin “oyunun ədalətli olmadığını” vurğulayıb.

"Bu seçki müdaxiləsidir və Ali Məhkəmə müdaxilə etməlidir", deyə Tramp bildirib. 

Samir

0