20 dəqiqə ərzində iki litr su içən qadın öldü

22:20 / 05.08.2023
670

ABŞ-da 35 yaşlı Eşli Sammers 20 dəqiqə ərzində iki litr su içdikdən sonra beyin ödəmi nəticəsində ölüb.

Faciə İndiana ştatında baş verib.

İki uşaq anası ailəsi ilə birlikdə Frimen gölünün yaxınlığında istirahət edərkən susuzluğunu yatırmağa çalışaraq dörd ədəd yarım litrlik su içib. Bu isə beynin şişməsinə və orada qan axınının dayanmasına səbəb olub.

O, xəstəxanaya çatdırılsa da, gec olub. 

0
Unikal