Fransanın "Air France" aviaşirkəti Burkina Faso və Maliyə uçuşları dayandırdığını açıqlayıb.
HİT.az xəbər verir ki, bu barədə “Reuters” şirkətin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
"Air France" avqustun 11-dək Uaqduqu və Bamakoya uçuşları dayandırır. Şirkətin sözçüsü qeyd edib ki, Niger öz hava məkanını bağladıqdan sonra Saharaaltı Afrika hava limanlarından digər uçuşlar daha uzun çəkəcək.
Hava hərəkətinin dayandırılmasına səbəb Burkina Faso və Malinin Nigerdəki üsyançılara dəstəyi olub. Bundan əvvəl məlum olub ki, ölkələr “qardaş xalqla həmrəylik nümayiş etdirmək” üçün rəsmi nümayəndə heyətləri göndərirlər.
Mali və Burkina Faso hökumətləri Nigerin işlərinə xarici müdaxiləni onlara qarşı müharibə elanı kimi qiymətləndirəcəkləri ilə hədələyiblər. Bu cür bəyanatlar Nigerdəki üsyançılara konstitusiya nizamını bərpa etmək üçün bir həftə vaxt verən Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin ultimatumuna reaksiyadır.
Samir