Pendir rəfi çökdü, məşhur italyan iş adamı öldü

DÜNYA
15:20 / 07.08.2023
734

İtalyan iş adamı Cacomo Çiapparini şəxsi anbarında pendir rəfinin çökməsi nəticəsində dünyasını dəyişib. 

HİT.az xəbər verir ki, bu barədə "Eco di Bergamo" məlumat yayıb.

"Grana Padano" pendir şirkətinin sahibi bazar günü axşam 25 min pendirin olduğu rəfin aşmasından sonra itkin düşüb. Hadisə Berqamo əyalətindəki pendir fabrikində baş verib. Aparılan axtarışlardan sonra 75 yaşlı iş adamının meyiti tapılıb.

Çökmə iki min kvadratmetr sahədə baş verib və domino effekti yaradıb. 

Qeyd olunur ki, Çiapparini müəssisəsinin 10 hektarlıq sahədə istehsalat sahələri var. Onun sərəncamında olan kənd təsərrüfatı torpaqlarının həcmi 100 hektardan çoxdur.

Samir

0