İranın xarici işlər naziri Rusiyaya PUA-ların çatdırılmasını yenə təkzib etdi

DÜNYA
15:52 / 07.08.2023
353

İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahiyan Rusiyaya pilotsuz təyyarələrin çatdırılması ilə bağlı iddiaları təkzib edib. Eyni zamanda o qeyd edib ki, məhz Qərbin Ukraynanı silahla təmin etməsi münaqişənin dərinləşməsinə və daha da məhv olmasına gətirib çıxarır. 

HİT.az xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

“Ukraynadakı münaqişə zamanı biz heç vaxt Rusiyaya İranın pilotsuz uçan aparatlarını və ya silahlarını verməmişik”, deyə Abdullahian bildirib.

Eyni zamanda, nazir qeyd edib ki, Rusiya İran üçün mühüm ölkədir: "Bizim Rusiya ilə müxtəlif sahələrdə, o cümlədən ticarət, iqtisadiyyat və turizm sahələrində əməkdaşlıq əlaqələrimiz var".

Xatırladaq ki, Qərb İranın Ukraynadakı hərbi əməliyyatlar üçün Rusiyaya pilotsuz təyyarələr verdiyini iddia edir. Moskva və Tehran dəfələrlə bu ittihamları rədd ediblər. 

Samir

1