Rusiyanın bir sıra Afrika ölkələrinə taxılın pulsuz tədarükü onun dəyərinin artımını dayandırmayacaq və ərzaq bazarındakı vəziyyəti dəyişməyəcək.
Hit.az xəbər verir ki, bunu Fransanın RFI radiostansiyasına ABŞ dövlət katibi Entoni Blinken deyib.
Blinken bildirib ki, Rusiya daha əvvəl Afrikadakı “5-6 ölkəyə” 50 min ton taxıl göndərəcəyini bildirib.
Onun sözlərinə görə, ABŞ inkişaf etməkdə olan ölkələrə 20 milyon ton taxıl ixrac edib ki, bu da Moskvanın niyyəti ilə müqayisə oluna bilməz.
“Rusiyanın təklif etdiyi okeanda bir damladır. Problemi həll etmir. Bu, qiymət artımının qarşısını almayacaq. Bu, milyonlarla ton taxılın bazardan çıxarılması və ehtiyacı olanların, xüsusən də inkişaf etməkdə olan ölkələrdə əldə edilməməsi faktını dəyişməyəcək”, deyə Blinken bildirib.
Samir