Hakimiyyəti ələ keçirən Niger hərbçiləri mümkün hərbi müdaxiləyə hazırlaşaraq, paytaxt Niameyə əlavə qüvvələr yığır.
HİT.az xəbər verir ki, bu barədə CNN hərbi mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, avqustun 6-da axşam saatlarında ölkənin digər bölgələrindən qoşun daşıyan 40-a yaxın pikapdan ibarət karvan Niamey şəhərinə daxil olub. Onlar "təşvişə düşən ictimaiyyəti sakitləşdirmək və potensial döyüşə hazırlamaq" üçün gətiriliblər. Nə qədər əsgərin gəldiyi dəqiqləşdirilməyib.
İyulun 27-nə keçən gecə Niger Prezident Qvardiyasının hərbçiləri prezident Məhəmməd Bazumun hakimiyyətdən uzaqlaşdırıldığını elan ediblər. Bazum istefa verməkdən imtina edib və ABŞ-ı ölkədə asayişin bərpasına kömək etməyə çağırıb. Avqustun 7-də Niger hava məkanını bağlayıb. Üsyançılar müdaxiləyə hazır olduqlarını elan ediblər.
Samir