Böyük Britaniya 20 min ukraynalı əsgərə təlim keçib.
HİT.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri (AFU) sosial media səhifəsində bildirib.
Qeyd olunur ki, hərbçilər Böyük Britaniyanın rəhbərlik etdiyi “İnterflex” çoxmillətli təlim əməliyyatı çərçivəsində təlim keçiblər.
Bundan əvvəl xəbər verilmişdi ki, Britaniya hərbçiləri müttəfiq ölkələrin ekspertləri ilə birlikdə ukraynalı əsgərlərə minalardan təmizləmə vərdişləri öyrədirlər. Bu barədə Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin saytında məlumat verilib.
Açıqlamaya görə, Ukrayna Silahlı Qüvvələrinin (AFU) hərbi heyətinin təlimi Kral Hərbi Dəniz Qüvvələrinin dalğıcları, bomba zərərsizləşdirilməsi və minalardan təmizləmə mütəxəssisləri tərəfindən həyata keçirilir. Onlar ukraynalı həmkarlarına mina və digər partlayıcı qurğuları tapıb təhlükəsiz şəkildə zərərsizləşdirməyi öyrədirlər.
Ukraynalı dalğıcların, istehkamçıların, eləcə də pilotsuz sualtı maşınlarla işləmək üzrə mütəxəssislərin təlimi Şotlandiyanın şimal-qərbindəki Loç U-da keçirilir.
Təlimlərə gəmiçilik zolaqlarının minalardan təmizlənməsi, dayaz suların və çimərliklərin eniş reydləri üçün təhlükəsizliyinin təmin edilməsi, limanların, yanalma dayaqlarının və istənilən digər infrastrukturun potensial təhlükələrdən təmizlənməsi daxildir.
Samir