Daşkənd və Özbəkistanın iki vilayətində yaşayış məntəqələrindən zibillərin klassik musiqi sədaları ilə daşınması üzrə eksperiment aparılmağa başlanıb.
HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişiklikləri Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, zibil daşıyan maşınların səs siqnalları ilə bağlı sakinlər tərəfindən çoxlu sayda şikayətlər daxil olduğu üçün nazirlik yeni məlumatlandırma üsulunu təklif edib.
"Məişət tullantılarının siqnal üsulu ilə deyil, klassik musiqi sədaları altında çıxarılması qərara alınıb", deyə bildirilib.
Eksperiment Daşkənd, Kaşkədərya və Buxara bölgələrində aparılacaq. Yeni üsul bu bölgələrdə uğurla tətbiq olunarsa, bütün ölkəyə yayılacaq.
Samir