Kofe bahalaşır

DÜNYA
15:57 / 08.08.2023
800

Dünyada kofe qiymətləri kəskin bahalaşıb.

HİT.az xəbər verir ki, dünyada 31 iyul - 4 avqust tarixləri arasında qiyməti ən çox yüksələn məhz kofe olub.

Sözügedən dövrdə kofe qiymətlərində 2,2% artım olub. Bildirilir ki, Braziliyada kofe təlabatının artması, Vyetnamda isə qəhvə ixracının 3,1% azalması bu vəziyyətin yaranmasına gətirib çıxarıb.

Həmçinin, düyü 2%, şəkər isə 0,8% bahalaşıb. Bəzi qidalarda isə qiymətlərin ucuzlaşması müşahidə olunub. Belə ki, buğda 10,1%, qarğıdalı isə 6,2% ucuzlaşıb. 

Pərviz

0