Amerikalılar Zelenskini Bayden və Trampdan daha çox bəyənirlər

DÜNYA
18:48 / 09.08.2023
363

"Gallup" araşdırmasına görə, ABŞ sakinlərinin əksəriyyəti Britaniya şahzadəsi Uilyam və Ukrayna prezidenti Volodimir Zelenski haqqında öz siyasətçilərindən daha müsbət fikirdədirlər.

HİT.az xəbər verir lo, sorğunun nəticələrinə görə, respondentlərin 57%-i Ukrayna liderini bəyənir, 29%-i isə mənfi fikirdədir.

Britaniya şahzadəsinə gəlincə, amerikalıların 59%-i onu müsbət, yalnız 22%-i mənfi qəbul edir. ABŞ-ın hazırkı prezidenti Co Bayden respondentlər arasında 41% dəstək və 57% mənfi rəy alıb. Onun sələfi və növbəti seçkilərdə mümkün rəqibi Donald Tramp bir az daha yaxşı qəbul edilir - 55% mənfi rəyə qarşı 41% müsbət rəy.

Samir

0