Respublikaçı konqresmen Maryori Taylor Qrin deyib ki, prezident Co Baydenin başçılıq etdiyi ABŞ hökuməti büdcə vəsaitlərinin Ukraynaya xərclənməsini dayandırmalıdır.
HİT.az xəbər verir ki, o, Vaşinqtonun Kiyevə 200 milyon dollarlıq yeni yardım elan edəcəyi ilə bağlı mediada yayılan xəbərlərə belə reaksiya verib.
“Ukrayna üçün pul yoxdur. Biz öz ordumuzu maliyyələşdirməyi belə bitirməmişik və Bayden administrasiyası Kiyevə daha çox pul göndərmək üçün mühasibat fırıldağından əl atır", deyə Qrin bildirib.
O, əlavə edib ki, Konqresdə Ukraynaya yeni yardım paketinin lehinə səs vermək fikrində deyil. Qrin vurğulayıb ki, ABŞ hakimiyyəti Kiyevə deyil, öz dövlətinə kömək etməlidir.
Samir