Cəlal Şenger: \"Zəlzələ olsa, İstanbulda 60-70 min bina dağılacaq\"

21:25 / 09.08.2023
547

Tanınmış seysmoloq Cəlal Şenger yeni zəlzələ baş verəcəyi təqdirdə İstanbul şəhəri üçün fəlakətli nəticələri proqnozlaşdırıb. 

HİT.az xəbər verir ki, o, bu barədə “Kısa Dalğa”da danışıb.

Seysmoloq Türkiyədə yeni seysmik hadisənin baş vermə ehtimalını yüksək qiymətləndirib və gözlənilən təhlükə ilə əlaqədar şəhəri tərk etmək qərarına gəldiyini açıqlayıb. Onun sözlərinə görə, növbəti fəlakətdən sonra şəhərdə 60-70 min bina dağılacaq. Qeyd edir ki, şəhər təcili xilasetmə əməliyyatlarında çətinliklərlə üzləşəcək. Bundan başqa, yolların böyük hissəsi dağılacaq, qalanları isə bağlanacaq. Onun fikrincə, İstanbul hava limanı bir müddət fəaliyyətini dayandıracaq.

Mütəxəssis onu da hesab edir ki, zəlzələdən bir müddət sonra şəhərdə problemlər, soyğunçuluqlar olacaq, sonra epidemiyalar baş verəcək. Üstəlik, təmizlənməyəcək zibillərə görə şəhərin nəfəs almağa heç nəyi qalmayacaq.

Samir

0