Peru sakinləri qəribə canlıların hücumuna görə hərbçilərdən kömək istədi

09:48 / 10.08.2023
482

Perunun paytaxtı Limanın şimal-şərqində yerləşən kəndin sakinləri bir aydır ki, “yadplanetli”nin hücumundan şikayətlənirlər. 

HİT.az xəbər verir ki, bu barədə “Al Rojo Vivo” telekanalı məlumat yayıb.

İkitu qəbiləsinin nümayəndələrinin polisə şikayət etdiyi qeyd olunur. Onlar sarı gözlü, iri başlı “iki metrlik canlıların” hücumuna məruz qalmasından şikayətlənirlər.

Yerli sakinlər hücumların baş verdiyi yerlərə hərbi qüvvələrin yerləşdirilməsinə çağırıblar. Onlar əlavə ediblər ki, qəribə canlılar odlu silahlara qarşı "toxunulmazdır" və öz iradələri ilə yoxa çıxırlar. Üstəlik, bu “yadplanetlilərdən” biri qıza hücum edərək, ona xəsarət yetirib.

Samir

0