ABŞ prezidenti Co Bayden oğlu Hunter Baydenin biznesində iştirakı ilə bağlı məlumatın həqiqətə uyğun olmadığını deyib.
HİT.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.
Qeyd olunur ki, Bayden ABŞ-ın vitse-prezidenti postunu tutarkən dəfələrlə oğlunun biznes tərəfdaşları ilə danışıqlarda iştirak etdiyini deyən Devon Arçerin Konqresdəki çıxışını belə şərh edib.
“Bilirdim ki, murdar sualınız olacaq... Çünki bu, doğru deyil”, deyə Bayden cavab verib.
Samir