Rusiyanın Şimali Kiprdə konsulluq açmaqda əsas məqsədi nədir? - ŞƏRH

11:40 / 10.08.2023
840

Rusiya Şimali Kipr Türk Respublikasında (ŞKTR) konsulluq xidmətləri göstərməyə başlayacaq.

Bu barədə Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar açıqlama verib. Konsulluq paytaxt Lefkoşa şəhərində fəaliyyət göstərəcək.

Qeyd edək ki, hesablamalara görə, bu gün Şimali Kiprdə 50 mindən çox rus yaşayır.

Bunu Rusiyanın Şimali Kipr Türk Respublikasını tanımaq yolunda ilk addımı kimi dəyərləndirmək olar? 

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Rusiya sanksiyalar altında olduğu üçün bu addımı atdı:

331659

"Sadəcə Rusiyanın xəritəsinə baxdıqda görürük ki, uçuşlardan tutmuş ixrac orientasiyasına qədər hamısı blokada altındadır. Bu mənada, Rusiyanın yeni qonşulara, əhatəyə, coğrafiyaya, xəritəyə, siyasi və iqtisadi əlaqə bölgəsinə ehtiyacı var. Bütün bunları nəzərə alaraq, rəsmi Moskvanın Şimali Kipr Türk Respublikasına investisiya qoyması kifayət qədər məntiqlidir".

Ekspert vurğulayıb ki, ilkin olaraq orada konsulluğun açılması Rusiyanın həmin bölgədə ağlagəlməz dərəcədə böyük iqtisadi imkanlarını da reallaşdırmağa imkan verir:

"Onsuz da Aralıq dənizinin sözügedən şimal-şərq istiqaməti zonası beynəlxalq ticarət yollarının keçdiyi ərazilərdir. Ona görə də Kremlin bu addımını çox kritik və məntiqli hesab edirəm".

Pərviz

0