İsveç hökuməti artan elektrik enerjisi tələbatını ödəmək üçün növbəti bir neçə onillikdə nüvə enerjisi imkanlarını üç dəfə artırmalı olduğunu bildirib.
HİT.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu İsveçin iqlim və ətraf mühit naziri Romina Purmokhtari deyib.
Onun sözlərinə görə, 2045-ci ilə qədər ən azı 10 yeni şərti reaktor tikmək lazımdır. Bu gün ölkədə 6 reaktor işləyir.
Purmokhtari bildirib ki, İsveçin enerji gücünə ehtiyacı var, çünki sənaye və nəqliyyatın elektrikləşdirilməsi fonunda növbəti bir neçə onillikdə tələbat ikiqat arta bilər. Yeni nüvə stansiyaları hökumətin elektrik enerjisi istehsalının genişləndirilməsi strategiyasının əsasını təşkil edir.
Samir