11 ildir yuxulu olan qadın həyata geri döndü

12:59 / 10.08.2023
728

Türkiyədə daha bir maraqlı hadisə baş verib.

HİT.az xəbər verir ki, 72 yaşlı Zilha Qazi adlı qadın 11 ildir daima yuxulu olma xəstəliyindən əziyyət çəkirdi.

O, xəstəliyi səbəbindən gününün çox böyük hissəsini yatmaq məcburiyyətində qalırdı. Hər gün özünü daha çox yorğun və yuxusuz hiss edən xanımın vəziyyəti getdikcə pisləşirdi. Hətta iş o yerə çatmışdı ki, Zilha Qazi gündəlik ev işlərini etməyi bacarmır və təkbaşına özünə qulluq edə bilmirdi. Həmçinin, gözləri də günün böyük hissəsi bağlı qalırdı. Artıq bir müddətdən sonra onun danışıqları da başadüşülməz vəziyyətə gəlmişdi. 

Ona 11 il boyunca müxtəlif həkimlər tərəfindən bir çox diaqnoz qoyulmuşdu. Buna rəğmən, mülaicələr heç bir effekt verməmişdi. 

Lakin Yaxın Şərq Universitetinin Xəstəxanasınnın həkimləri möcüzəyə nail olub. Xəstəyə Parkinson Plus Sindromu diaqnozu qoyulub və 2 həftə müalicə alıb. Artıq Zilha Qazi normal şəkildə yata bilir və gün içində yuxulu olmur. Onun 15 gün ərzində yenidən normal həyata geri qayıtdığı vurğulanıb. 

Pərviz

0