6 ayda ABŞ-da fırtınalar sığorta şirkətlərinə 34 milyard dollara başa gəlib

DÜNYA
17:50 / 10.08.2023
653

İsveçrənin təkrarsığorta şirkətlərindən biri olan "Swiss Re"nin açıqlamasına görə, bu ilin ilk 6 ayında ABŞ-da 10 fırtına baş verib və bu sığorta təminatında 1 milyard dollar zərərə səbəb olub. 

HİT.az xəbər verir ki, bu rəqəm son 10 ildə qeydə alınan orta göstəricidən təxminən iki dəfə çoxdur.

Bu çərçivədə ilin ilk yarısında fırtınalar səbəbiylə sığortanın qarşıladığı zərər 34 milyard dollara çatıb.

"Swiss Re"nin baş iqtisadçısı Jerom Yean Haeqeli iqlim dəyişikliyinin təsirlərinin indidən istilik dalğaları, quraqlıq, daşqın və şiddətli yağışlar kimi hadisələrdə göründüyünə diqqət çəkərək, sahil və çay bölgələrində torpaqdan istifadənin və yaşayış yerlərinin yerləşməsinin vacibliyini vurğuladı.

Digər təkrarsığortaçı "Munich Re"nin rəqəmlərinə görə, iyun ayında Texas ştatını vuran fırtınalar bu il Birləşmiş Ştatlarda baş verən ən yüksək xərcli hadisə olub və təkcə bu fırtınaların təxmini dəyəri 8,4 milyard dollar təşkil edib.

Samir

0