ABŞ hətta Tehranın 5 Amerika vətəndaşını azad etməsindən sonra da İrana qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil.
HİT.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“İcazə verin, vəziyyəti aydınlaşdırım. Heç bir şəraitdə və heç bir halda İrana qarşı sanksiyaların yüngülləşdirilməsi olmayacaq", deyə ABŞ rəsmisi bildirib.
Avqustun 10-da “The New York Times” qəzeti ABŞ və İranın məhbus mübadiləsi ilə bağlı razılığa gəldiyini yazıb.
Bundan əvvəl İranın həbsdə olan 4 ABŞ vətəndaşını ev dustaqlığına buraxdığı məlum olub ki, bu da onların tezliklə azadlığa buraxılacağını göstərə bilər. Bu barədə CNN-ə amerikalılardan birinin vəkili Cared Qenser məlumat verib. Amerika vətəndaşları Siamak Namazi, Emad Shargi, Morad Tahbaz və adı açıqlanmayan daha bir məhbus ev dustaqlığı altında Tehrandakı otelə köçürülüb.
Samir