Polşa əsgərlərinin Belarusla sərhədə köçürülməsi III Dünya müharibəsinə səbəb ola bilər.
HİT.az xəbər verir ki, bunu fransalı siyasətçi, Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippo bildirib.
Filippo xatırladıb ki, NATO və Avropa İttifaqının qaydalarına görə, Polşa müharibəyə girərsə, birliklərin digər ölkələri də buna əməl etməlidir: "Dəlilər III Dünya müharibəsini hədəfləyirlər, gəlin onları dayandıraq!".
Avqustun 10-da Polşa ölkəsinin milli müdafiə naziri Mariuş Blaşçak bəyan edib ki, Polşa Belarusla sərhəddəki hərbi qruplaşmaların sayını 10 min nəfərə çatdırmaq qərarına gəlib.
Samir