Serbiya prezidenti Putinlə görüşmək üçün Çinə gedir

DÜNYA
10:17 / 11.08.2023
492

Serbiya prezidenti Aleksandar Vuçiç oktyabrda Çinə səfər etməyi və mümkün olsa, orada Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını deyib.

HİT.az xəbər verir ki, dövlət başçısı bu bu barədə "Happy TV"yə bildirib.

"İlin sonuna kimi çox vacib tərəfdaşlarımızla ciddi və vacib söhbətlər edəcəyimi gözləyirəm. Oktyabrda Çinə mühüm səfər edəcəyəm. Orada nə baş verəcək, böyük sual var, çünki Rusiya prezidenti Vladimir Putinin də gəlişi gözlənilir", Vuçiç qeyd edib.

Qeyd edək ki, Serb Respublikasının prezidenti (Bosniya və Herseqovinanın qurumlarından biri) Milorad Dodik da cümə axşamı bildirib ki, onun da bu payızda Çinə səfər edəcəyi və orada Putinlə görüşəcəyini gözləyir.

İyulun 25-də Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya liderinin Çinə səfəri “Bir kəmər, bir yol” forumunun baş tutacağı oktyabr ayına planlaşdırılıb.

Samir

0