Taylandın Pattaya kurort şəhərində çimərlik "komendant saatı" tətbiq oluna bilər.
HİT.az xəbər verir ki, bu barədə "Bangkok Post" yerli hakimiyyət orqanlarına istinadən yazır.
Qəzetin yazdığına görə, çimərliklərdə tez-tez səhərə qədər səs-küylü məclislər keçirilir, ondan sonra zibil dağları qalır. Şəhər administrasiyasına çimərliyə gecə gələnlər, ora portativ dinamiklər və spirtli içkilərlə gələnlərlə bağlı şikayətlər getdikcə artır.
"İndi şəhər bu çimərliklər üçün açılış və bağlanma saatlarını tətbiq etməyi düşünür, çünki bu, problemin həlli ola bilər", deyə Pattaya merinin müavini Vuttisak Remkiçakan bildirib.
Samir