Çin XİN: "Pekinin "kosmos yarışı"nda maraqlı deyil"

DÜNYA
15:16 / 11.08.2023
477

Çin “kosmos yarışı”nda maraqlı deyil və bu mövzuda spekulyasiyalara son qoymağı xahiş edir.

HİT.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən bildirilib.

XİN Pekinin heç bir ölkə ilə rəqabətdə maraqlı olmadığını vurğulayıb: "Çin kosmosun silahlaşdırılmasına və onun döyüş meydanına çevrilməsinə, eləcə də kosmosda silahlanma yarışına qəti şəkildə qarşı çıxır”.

Çin XİN diplomatları ABŞ-ı kosmosda rəqabət haqqında spekulyasiyanı dayandırmağa və kosmosda sülhü qorumaq üçün konkret tədbirlər görməyə çağırıb.

Samir

0