Kadırov: "Danışıqların Rusiya üçün heç bir mənası yoxdur"

DÜNYA
19:20 / 11.08.2023
469

Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, hazırda Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların Rusiya üçün heç bir mənası yoxdur. 

HİT.az xəbər verir ki, respublika rəhbərinin sözlərinə görə, Rusiya həm cəbhədə, həm də beynəlxalq səviyyədə qalib gəlir. Ona görə də Moskva nümayəndələri qələbəyə qədər danışıqlarda iştirak etməməlidirlər.

“Müxtəlif ölkələrin nümayəndələri Ukraynadakı vəziyyətlə bağlı danışıqlar mövzusunu getdikcə daha çox müzakirə edirlər. Onların ən təşəbbüskarı münaqişənin sülh yolu ilə həlli üçün konkret plan təklif edir. Lakin mən bununla qətiyyən razı deyiləm”, deyə Kadırov bildirib.

Samir

0