Turində keçirilən toy mərasimində 64 yaşlı Massimo Saqre qonaqların yanında 47 yaşlı gəlin Kristina Seymandini biabır edib.
Qaynarinfo Almaniyanın "Bild" nəşrinə istinadən xəbər verir ki, bəy uğurlu bankir, qadın isə tanınmış siyasi məsləhətçidir. Onlar üç il sevgili olub. Toya şəhərin tanınmış insanları, ümumilikdə 200-ə yaxın adam toplaşıb.
Bəy çıxışına qonaqlara təşəkkür etməklə başlayıb, daha sonra belə davam edib: "Hər zaman düşünürdüm ki, kimisə sevmək ona yaxşılıq arzulamaq deməkdir. Özündən də çox. Ona görə də mən Kristinaya, xüsusən də məşhur vəkili sevmək azadlığı verirəm”.
Kişi sevgilisinin onu vəkillə aldatdığını öyrənərək əvvəlcədən qisas planı hazırladığını bildirib. Lakin o, toyu ləğv etmək deyil, bunu birbaşa mərasimdə açıq elan etmək qərarına gəlib. Seqre gəlinə "vəkili ilə bal ayına getməyi" təklif edib, qonaqlardan üzr istəyib və çıxıb gedib. Şayiələrə görə, o, Zanzibara səfərə gedib.
Bəzi məlumatlara görə, Seymandi keçmiş nişanlısına qarşı məhkəmə iddiası hazırlayır.
"Bütün İtaliya mənə gülür. Bu cadugər ovu kimidir. İnsanlar məni görəndə pıçıldaşır, barmağı ilə göstərir. Artıq çölə çıxa bilmirəm. Çoxları mənə gülür, digərləri başa düşür. Əslində o, sakit, təmkinli insandır. Və biz həqiqətən evlənmək istəyirdik. İndi gəlinliyimi nə etməliyəm?”, Kristina "Bild"ə deyib.