İranın Fars vilayətinin Şiraz şəhərində Şah-Çerağ məbədində terror aktı olub.
Hit.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisədə azı 4 nəfər ölüb. Ölənlərin hər ikisi ziyarətgahın nümayəndələridir.
Bildirilib ki, iki yaraqlı məscidin ərazisinə daxil olmağa cəhd edib, onlardan biri saxlanılıb, ikincinin tutulması istiqamətində işlər davam etdirilir. Həmin şəxs məqbərənin girişində olanlara atəş açmağa davam edir.
Hazırda bina mühasirəyə alınıb.