Türkiyə Qazaxıstanda gəmiqayırma zavodunun tikintisinə sərmayə qoyacaq.
HİT. bu barədə “Yeni Şafak” qəzetinə istinadən xəbər verir.
Qeyd olunur ki, layihənin icrasına 2023-cü ilin sonu - 2024-cü ilin əvvəlində başlanıla bilər.
Nəşrin məlumatına görə, Qazaxıstanın “Caspian” layihəsində iki türk şirkəti - ASFAT və "YDA Group" iştirak edəcək. Tikinti gəmiqayırma zavodundan başlayacaq, lakin gələcəkdə onun tam hüquqlu limana çevrilməsi planlaşdırılır.
"Gəmiqayırma zavodu Hərbi Dəniz Qüvvələri və Qazaxıstan iqtisadiyyatının ehtiyacları üçün müxtəlif platformalar - hərbi və ticarət dəniz gəmilərindən tutmuş əsas yerüstü döyüş gəmilərinə qədər layihələndirəcək və inşa ediləcək", deyə qəzet yazır.
Samir