Almaniya İqtisadiyyat Nazirliyinin nümayəndəsi Beate Baron brifinq zamanı jurnalistlərə bildirib ki, Rusiyadan qazdan yüksək asılılıq ölkədəki vəziyyətə təsir etməkdə davam edir.
HİT.az-ın məlumatına görə, o qeyd edib ki, bu tendensiya yüksək səviyyədə qalan enerji qiymətlərində müşahidə olunur.
“Avropanın digər ölkələri belə nəticələrlə üzləşmir, çünki onların Rusiya qazından o qədər də yüksək asılılığı olmayıb. Biz bu problemi həll etməliyik”, deyə Baron bildirib.
İqtisadiyyat Nazirliyinin nümayəndəsi hesab edir ki, bu halda investisiyalar, vergi güzəştləri, eləcə də enerjinin sərfəli qiymətləri vacibdir.
Bundan əlavə, Baron Almaniyadakı ağır iqtisadi vəziyyətin digər səbəblərini də açıqlayıb. Onun fikrincə, bunu ixtisaslı işçi qüvvəsinin immiqrasiya problemi ilə əlaqələndirmək olar. O qeyd edib ki, Almaniya hökuməti bu problemi həll etmək üçün yeni qanunvericilik təşəbbüsləri qəbul etmək qərarına gəlib.
Samir