Prezidenti dünyanı müharibəyə deyil, aclıqla mübarizəyə pul ayırmağa çağırdı

DÜNYA
23:19 / 14.08.2023
683

"Ölkələr müharibəyə deyil, aclıqla mübarizəyə pul ayırmalıdır".

HİT.az xəbər veri ki, bunu Braziliya prezidenti Luiz İnasio Lula da Silva “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, avqustun 22-24-də Yohannesburqda keçiriləcək BRICS sammitində (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) dövlətlər “bəzi mühüm məsələləri” müzakirə etməyi planlaşdırır.

“Müharibəyə pul qoymaqdansa, onu aclıqla mübarizəyə yatırmaq daha yaxşıdır. Sülh əsas məsələdir”, deyə Braziliya lideri qeyd edib.

Samir

0