Bu ölkənin paytaxtında üç nəfərdə bubon vəbası aşkarlandı

DÜNYA
09:17 / 15.08.2023
619

Monqolustanın paytaxtında bubon taununa üç ehtimal yoluxma halı qeydə alınıb.

HİT.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi ölkənin Zoonoz İnfeksiyaların Tədqiqi üzrə Milli Mərkəzi məlumat yayıb.

"Qeydiyyata alınan üç ehtimal olunan hadisə Monqolustanın şərqindəki Xentiy və Suxbatar əyalətlərində bu yaxınlarda marmot əti yeyən insanlardır. Hazırda diaqnozu təsdiqləmək üçün PCR tədqiqatı aparılır", deyə rəsmi məlumatda bildirilir.

Avqustun əvvəlində Ulan-Batorda ilk dəfə olaraq bubon taununun epidemiyası qeydə alınıb. 

Bubon taunu marmotlar kimi vəhşi gəmiricilər üzərində yaşayan birə tərəfindən ötürülən bakterial xəstəlikdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, müvafiq tədbirlər görülməzsə, xəstəlik 24 saatdan az müddətdə yetkin bir insanın ölümünə səbəb ola bilər.

Samir

0