Almaniya hakimiyyəti yaxın illərdə Ukraynaya dəstək üçün büdcə vəsaiti ayırıb.
HİT.az xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Kristian Lindner bildirib.
Ukraynalı qaçqınların yerləşdirilməsi də daxil olmaqla Almaniyanın ümumi yardımı 22 milyard avro qiymətləndirilir. 2023-cü il üçün ümumi federal büdcə 476,29 milyard avrodur.
"Növbəti illərin büdcəsini tərtib edərkən biz artıq Ukraynaya dəstəyin davam etdirilməsini qəti şəkildə planlaşdırmışıq", deyə maliyyə naziri "Bild"ə müsahibəsində deyib.
O, dəqiq məbləğ açıqlamayıb.
Nazir “Taurus” uzaqmənzilli qanadlı raketlərin Ukraynaya çatdırılması ehtimalını şərh edərkən Almaniyanın bunu müttəfiqlərlə əlaqələndirməli olduğunu qeyd edib. "Ölkənin müdafiə qabiliyyətini qorumaq və münaqişəyə cəlb edilməməsi də vacibdir. Əgər bu üç meyar yerinə yetirilərsə, o zaman belə bir qərar qəbul edilə bilər”, deyə Lindner bildirib.
Keçən həftə media yazıb ki, Almaniya hökuməti “Taurus” raketlərinin uçuş məsafəsi azaldılsa və Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə oluna bilməyəcəksə, onları Ukrayna silahlı qüvvələrinə təhvil verməyi nəzərdən keçirir. Almaniya kansleri Olaf Şolts növbəti dəfə hərbi münaqişənin sülh yolu ilə həllinə çağırıb.
Samir