"Hakim rejim Donald Trampı və ona meydan oxumağa hazır olan hər kəsi ittiham etmək istəyir".
HİT.az "NBC News"a istinadən xəbər verir ki, bunu Nyu-Yorkun keçmiş meri Rudolf Culiani deyib.
Keçmiş mer və Trampın sabiq vəkili "Buranın əsl cinayətkarları birbaşa və dolayısı ilə bu işi qaldıran insanlardır”, deyə əlavə edib.
O vurğulayıb ki, hadisələrin bu cür inkişafı Amerikanın ədliyyə sisteminə “daimi və bərpası mümkün olmayan ziyan vurur”.
Donald Tramp bildirib ki, ona qarşı dördüncü ittiham Amerika tarixinin “qaranlıq dövründə” səsləndirilib. Lakin o, “Amerikanı yenidən böyük etmək” üçün prezident seçkilərində qalib gələcəyinə söz verib.
Samir