Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qərbin Yaxın Şərqdə münaqişələri qızışdırmaqda davam edəcəyi ehtimalını yüksək qiymətləndirib.
HİT.az xəbər verir ki, o, bunu Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransında bəyan edib.
"Burada çoxlu potensial qaynar nöqtələr var", deyə Şoyqu bildirib.
Onun sözlərinə görə, hadisələrin bu cür mənfi inkişafına hazırlaşmaq, qabaqlayıcı tədbirlər görmək, o cümlədən hərbi özünütəminat sahəsində tədbirlər görmək lazımdır. Şoyqu əmin edib ki, Rusiya Müdafiə Nazirliyi həm ənənəvi tərəfdaşlarla, həm də çoxqütblü dünyada müstəqil güc mərkəzlərinin formalaşmasının tərəfdarı olan hər kəslə hərtərəfli əməkdaşlıq qurmaq niyyətindədir.
Nazirin sözlərinə görə, ümumilikdə Yaxın Şərqdə vəziyyət müsbət inkişaf edir. Suriyanın Ərəb Dövlətləri Liqasına qaytarılması bütün region üçün güclü sabitləşdirici amilə çevrilib və bu qərarın nəticələri strateji xarakter daşıyır.
Samir