Türkiyənin son çempionu "Qalatasaray" dünya ulduzlarını transfer etməyə davam edir.
HİT.az xəbər verir ki, İstanbul klubunun növbəti hədəfi Fransanın "PSJ" komandası ilə yollarını ayıran Serxio Ramosdur.
"Cim-Bom" ispaniyalı müdafiəçiyə 2 illik müqavilə təklif edib. Ona illik vəd olunan maaş isə 5,5 milyon avro olub. Tərəflər arasındakı danışıqların son mərhələyə gəldiyi deyilir. Ramos digər təklifləri də dəyərləndirdikdən sonra qərarını verəcəyini bildirilib.
Qeyd edək ki, 37 yaşlı futbolçu ötən mövsüm "PSJ" forması ilə meydana çıxdığı 45 matçda 4 qol atıb, 1 məhsuldar ötürmə edib.
Pərviz