Böyük Britaniyada bu ilin fevralında üç Bolqarıstan vətəndaşı Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.
HİT.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Təqsirləndirilən şəxslər Orlin Russev, Bizer Cambazov və Katrin İvanova uzun illər Böyük Britaniyada yaşayıb, müxtəlif işlərdə çalışıb və bağ evlərində yaşayıblar.
Polisin məlumatına görə, onlar Rusiya xüsusi xidmət orqanlarında işləyiblər. Saxta sənədlər, o cümlədən Böyük Britaniya, Bolqarıstan, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Sloveniya, Yunanıstan və Çexiya üçün pasport, şəxsiyyət vəsiqəsi və digər sənədlər saxlamaqda ittiham olunurlar.
BBC qeyd edib ki, onlar Britaniyanın Rəsmi Sirrlər Qanununa əsasən, casusluğa görə milli məsuliyyət daşıyan Metropolitan Terrorla Mübarizə Polisinin detektivləri tərəfindən həbs ediliblər. Üç müttəhim yanvar ayında Londondakı Old Bailey məhkəməsinə çıxarılacaq.
Samir