2023-cü ildə ABŞ-da evsizlərin sayı rekord həddə çatıb.
HİT.az xəbər verir ki, belə məlumatı "The Wall Street Journal" (WSJ) yayıb.
ABŞ-da evsizlərin sayı son bir ildə rekord dərəcədəı - 11% artıb və 577 min nəfəri ötüb. Bu göstərici müşahidələr tarixində ən yüksək göstərici olub. Evsizlərin sayının artmasının əsas səbəbləri arasında mənzillərin baha olması, kirayədə yerin olmaması, həmçinin miqrantların çoxalması göstərilir.
Digər amil COVID-19 pandemiyası zamanı əhaliyə dəstək üçün bir sıra dövlət tədbirlərinin azaldılması olub. "Koronavirusun nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsait bufer rolunu oynadı. İndi bu resurslar artıq mövcud olmadıqda nə baş verdiyini görürük", deyə Amerika Evsizlərə Dəstək Koalisiyasından bildirilib.
2022-ci ilin sonunda ABŞ administrasiyası 2025-ci ilə qədər ölkədə evsizlərin sayını 25% azaltmaq planını təqdim edib. Yeni strategiyaya görə, Vaşinqton bu problemi həll etmək üçün federal dəstək veriləcək ştatların və şəhərlərin hakimiyyət orqanları ilə işə başlamalıdır.
Samir