Çinin Mərkəzi Bankı analitiklər üçün gözlənilmədən son üç ayda ikinci dəfə əsas faiz dərəcələrini endirib. Bu, yavaşlayan iqtisadi artımı dəstəkləmək üçün monetar stimullaşdırma tədbirlərinin aktivləşdirilməsindən xəbər verir.
HİT.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, Çin Mərkəzi Bankı illik kredit faizini 15 baza bəndi azaldaraq 2,5%-ə endirib. Tənzimləyici həmçinin yenidən maliyyələşdirmə kreditləri üzrə faiz dərəcəsini 7 gün müddətinə 1,8%-ə endirib.
Analitiklərin fikrincə, dərəcənin aşağı salınması gələn həftə baza LPR dərəcəsinin mümkün yumşaldılmasını göstərə bilər. Stimullaşdırma ehtiyacı kreditləşmənin yavaşlaması və deflyasiya riskləri ilə əlaqədardır.
Faizin endirilməsi istehlak və investisiya tələbini dəstəkləmək üçün banklar və şirkətlər üçün kreditləri ucuzlaşdırmaq məqsədi daşıyır. Lakin tənzimləyicinin tədbirlərinin nə dərəcədə effektiv olacağı hələlik bəlli deyil. Nəşr ekspertlərin Mərkəzi Bankın tədbirlərinin effektivliyinə hələ də şübhə ilə yanaşdığını qeyd edərək, mövcud şəraitdə müəssisələrin və ev təsərrüfatlarının kredit yükünü artırmağa tələsmədiklərinə diqqət çəkib. Buna baxmayaraq, tənzimləyici stimullaşdırma siyasətini davam etdirir.
Samir