Çin və Hindistan Himalay dağlarında mübahisəli sərhəddə sülhün qorunması barədə razılığa gəldi

DÜNYA
09:49 / 16.08.2023
659

Çin və Hindistan Lakdaxın Himalay bölgəsindəki mübahisəli sərhəddə sülh və əmin-amanlığın qorunması, ərazi məsələlərinin tezliklə həll edilməsi barədə razılığa gəliblər.

HİT.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi komandanlar səviyyəsində Çin-Hindistan danışıqlarının 19-cu raundunun yekunlarına dair birgə bəyanata əsasən, tərəflər aktual xətt üzrə qalan problemli məsələlərin həlli ilə bağlı müsbət, konstruktiv və dərin müzakirələr aparıblar. 

“Tərəflər sərhədyanı ərazilərdə sülh və əmin-amanlığın qorunması və qalan məsələlərin mümkün qədər tez həll edilməsi barədə razılığa gəliblər”, deyə məlumatda bildirilir.

Müdafiə Nazirliyi həmçinin əlavə edib ki, Çin hərbi və diplomatik kanallar vasitəsilə Hindistan tərəfi ilə dialoqu və danışıqları davam etdirəcək.

Lakdax bölgəsində Çin-Hindistan sərhədindəki münaqişə 2020-ci ilin sonuna qədər davam etdi. Silahlı toqquşmalar nəticəsində Hindistan tərəfdən azı 20 əsgər həlak olub, Çin tərəfdən isə ölən və yaralananların sayı 40 nəfəri keçib.

Çin və Hindistanın hərbi komandanlığı yalnız 2021-ci ilin yanvarında atəşkəs bağlı razılığa gəlib. O vaxtdan bəri Hindistan və Çin diplomatları ilə hərbçilər arasında keçirilən görüşlərdə mübahisəli məsələlərin həlli müzakirə olunur.

Samir

0