Paşinyanın həyatı təhlükədədir? - ŞƏRH

DÜNYA
14:38 / 16.08.2023
702

"Ermənistanın Baş naziri Nikol Paşinyanın devrilməsi və ya ona qarşı sui-qəsd olma ehtimalı həmişə mümkündür".

Bu sözləri politoloq Turab Rzayev HİT.az-a açıqlamasında deyib.

O xatırladıb ki, Ermənistan daxilində bənzər hadisələrin çox şahidi olmuşuq:

"Gah parlament binası güllə-baran edilib, gah da baş nazirin həyatına sui-qəsd olunub. Yəni biz bu cür hadisələri istər indiki, istərsə də keçmişdəki Ermənistanda çox görmüşük. Orada belə hallar tez-tez baş verir".

Lakin politoloq qeyd edib ki, indiki halda Nikol Paşinyana qarşı sui-qəsd ehtimalı müəyyən qədər çətindir:

331990

"Bunun baş verməsi üçün xarici qüvvələrin böyük dəstəyi lazımdır. Sui-qəsdi törədəcək şəxslər Rusiyadan və Avropadan dəstək almalıdırlar. Ya da keçmiş "Qarabağ klanı"nın cinayətkar üzvləri bunu edə bilərlər. Amma Paşinyan onlara qarşı mübarizə aparır, habelə təhlükəsizlik xidmətində və hüquq-mühafizə orqanlarındakı mövqeyini gücləndirir. Hətta o, bu təhlükəyə qarşı Qərbdəki kəşfiyyatların gücündən də istifadə edir".

Turab Rzayevin sözlərinə görə, hazırda Qərbdə və Rusiyada Paşinyanın öldürülməsi ilə bağlı qərar yoxdur:

"Çünki Paşinyan kritik anlarda geri çəkilir. Əgər geri çəkilməsə, Azərbaycanla sülh müqaviləsi imzalasa, o zaman revanşistlər tərəfindən ona qarşı hansısa addımlar atıla bilər. Amma görünən odur ki, Paşinyan vacib məqamlarda geri addım ataraq siyasi oyun oynayır.

O, həm Azərbaycanın ərazi bütövlüyünü tanıdığı ilə bağlı açıqlamalar verir, həm Qərbdə sülh danışıqlarını aparmaq istəyir, həm də Rusiyanın şərtlərinə məcbur olsa da boyun əyir. Məsələn, Vaşinqton görüşündən sonra Rusiya çağırırsa, ora gedir. Həmçinin, KTMT missiyası ilə bağlı Kremlin dediklərini təkrar etməli olur. Ona görə də indiki məqamda onun həyatına sui-qəsd olunacağını düşünmürəm".

Pərviz

0