Kral mütəxəssisi Angela Levin iddia edir ki, Britaniya kralı III Çarlz noyabrda keçiriləcək ad günündə nəvələri Arçi və Lilibeti görmək istəyir.
Hit.az xəbər verir ki, bu barədə "The Sun" yazır.
“Karl Harri və Meqanın uşaqlarının orada olmasını istərdi. Harri və Meqan üzr istəmək istəsələr, o zaman belə bir qərar verə bilərlər”, deyğ Angela Levin bildirib.
Kral bioqrafının sözlərinə görə, Meqan Markl və Şahzadə Harri özləri ABŞ-dan monarxın ad gününə uçmaq istəyəcəklər.
Şahzadə Harri sonuncu dəfə may ayında III Çarlzın tacqoyma mərasiminə tək qatılmışdı. O, İngiltərədə 28 saat keçirib və dərhal ABŞ-a qayıdıb.
Samir