Hindistan XİN: "Zelenski G20 sammitinə dəvət olunmayıb, çünki..."

DÜNYA
19:19 / 16.08.2023
675

Ukrayna prezidenti Volodimir Zelenski Dehlidə keçiriləcək G20 sammitinə dəvət olunmayıb. Çünki G20 BMT Təhlükəsizlik Şurası kimi qlobal təhlükəsizlik məsələlərini müzakirə etmir, ancaq diqqəti iqtisadi problemlərə yönəldir.

Hit.az xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar deyib.

“Cənab Zelenski sammitə dəvət olunmayıb. Çünki G20 qlobal artım və inkişaf problemlərindən bəhs edən qrupdur. Bu, enerji, gübrə, ərzaq təminatı problemlərini müzakirə etmək üçün sammitdir. Bu, BMT Təhlükəsizlik Şurası deyil, G20-dir. G20 qlobal təhlükəsizlik məsələləri ilə məşğul olmur. Buna görə də biz belə bir qərar qəbul etdik”, - deyə Cayşankar Dehlidə keçirdiyi brifinq zamanı bildirib.

Rusiya prezidenti Vladimir Putinin sammitdə mümkün iştirakı ilə bağlı suala Hindistanın xarici işlər naziri bildirib ki, tədbirə G20-nin bütün üzvləri dəvətlidir.

Samir

0