İsveçrə Rusiyanın ilhaq etdiyi bölgələrindən olanlara viza verməyəcək

DÜNYA
20:02 / 16.08.2023
532

Rusiyanın Ukrayna ilhqq etdiyi bölgələrindən, eləcə də Cənubi Osetiya və Abxaziyadan olan adi və diplomatik rus pasportu daşıyanlar İsveçrədən "Şengen" vizalarını ala bilməyəcəklər. 

Hit.az xəbər verir ki, bu barədə ökənin Federal Şurasının saytında məlumat verilib.

Sənəddə deyilir: “Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrindən və Gürcüstanın separatçı bölgələrindən olan şəxslər artıq "Şengen" vizası ala və ya Rusiya tərəfindən verilmiş səyahət sənədi ilə "Şengen" zonasının xarici sərhədini keçə bilməzlər”.

Qeyd olunur ki, Federal Şura 2023-cü il avqustun 16-da keçirilən iclasında Avropa İttifaqının bu qaydasına qoşulub.

Hakimiyyət müəyyən edib ki, adi və diplomatik pasportlar, vətəndaşlığı olmayan şəxslər üçün yaşayış icazəsi, habelə dənizçilərin şəxsiyyət vəsiqələri və qayıdış şəhadətnaməsi tanınmayacaq.

Bəyanatda əlavə olunub ki, regionlardan asılı olaraq Ukrayna üçün fərqli buraxılış tarixləri təyin edilib.

Samir

0