"İmamoğlu CHP lideri ola bilməyəcəyini anladı" - ŞOK AÇIQLAMA

DÜNYA
21:35 / 16.08.2023
560

"Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri ola bilməyəcəyini anladı".

HİT.az xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Mustafa Kamal Çiçək deyib.

O hesab edir ki, Əkrəm İmamoğlunun Kamal Kılıçdaroğlu qarşısında heç bir şansı yox idi:

"Əkrəm İmamoğlu prezident olmaq istədi, amma nəticə ala bilmədi. Vitse-prezident olmaq istədi, o da olmadı. Sonda CHP sədrliyini istəyirdi. Amma ondan da nəticə əldə edə bilməyəcəyini anladı. İndi isə İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyini yenidən qazanacağını deyir. Ancaq onun namizəd göstərilib-göstərilməyəcəyini də indidən bilmirik. Proseslərin hansı istiqamətə gedəcəyini demək çətindir. Çünki onlar, prezident seçkilərində 60% səslə qalib gələcəklərini deyirdilər, amma nəticə ortadadır".

Pərviz

0