Almanlar hökumətə güvənmir

DÜNYA
23:26 / 16.08.2023
493

Almaniyada maraqlı bir sorğu keçirilib.

HİT.az xəbər verir ki, Alman Məmurlar Birliyi (DBB) 2 mindən çox insanın fikrini öyrənib.

Nəticələr dövlət qurumlarının fəaliyyətinin 2022-ci illə müqayisədə aşağı düşdüyünü göstərib. Belə ki, sorğuda iştirak edənlərin 27 faizi hökumət üzvlərinin vəzifələrini yerinə yetirə bilməyəcəyini düşünür.

Respondentlər Almaniya hökumətinin immiqrasiya, təhsil, iqlim və ətraf mühit siyasətlərində daha çox çətinlik çəkdiyini deyiblər. Sorğuda iştirak edənlərin 80 faizi isə cəmiyyətdə mərhəmətsizliyin artdığını bildirib.

Alman Məmurlar Birliyinin sədri Ulrix Silberbax mətbuata açıqlamasında dövlətə olan güvənin azaldığını və bunun narahatlıq doğurduğunu söyləyib.

Qeyd edək ki, sözügedən qurum hər il barədə sorğu keçirir.

Pərviz

0