83 milyon dollarlıq borc ödənilmədi, bütün ölkə işıqsız qaldı

DÜNYA
10:15 / 17.08.2023
808

Bütün Livanda elektrik enerjisi 10 saat kəsilib. 

HİT.az xəbər verir ki, xarici valyutada borcun ödənilməməsi səbəbindən iki İES enerji təchizatını dayandırıb. Bu barədə "Sky News Arabia" və "Veto" məlumat yayıb.

Ölkənin şimalında Deyr Əmmar və cənubda Əl-Zəhranidə elektrik enerjisi kəsilib. Ötən gün elektrik stansiyasının operatoru xarici valyutada olan borcların ödənilməməsi səbəbindən elektrik enerjisinin kəsilməsi ilə bağlı xəbərdarlıq edib. Borc 83 milyon dollar təşkil edir. Bu məbləğdən Livanın "Electricit du Liban" dövlət şirkəti "Primesouth" istilik elektrik stansiyasının operatoruna cəmi 2 milyon dollar ödəyib.

Dövlət qurumları, Beyrut Beynəlxalq Hava Limanı elektriksiz qalıb. Hava limanı müvəqqəti olaraq generatorlarda işləyib. Livanın bölgələrinə içməli su vuran stansiyanın işini dayandırıb. İki istilik elektrik stansiyası Livanı təmin edən yeganə elektrik mənbəyidir. Onlar 550 MVt istehsal edirlər.

Samir

0